Əbülfəs Qarayev BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının iclasında iştirak edəcək

Posted by

Əbülfəs Qarayev BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının iclasında iştirak edəcəkƏbülfəs Qarayev BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının iclasında iştirak edəcək

Əbülfəs Qarayev BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının iclasında iştirak edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 1-dən 4-dək Səmərqənddə BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 99-cu iclasında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, 2013-cü ilin avqustunda Zambiya və Zimbabvedə keçirilmiş BMÜTT Baş Assambleyasının 20-ci Sessiyasında Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub.

 

İcraiyyə Şurasının 99-cu iclası zamanı 2014-cü ildə beynəlxalq turizmin inkişafı və onun 2015-ci ildə inkişaf perspektivləri, turizmin əsas istiqamətləri, 2016-2017-ci illər üzrə ümumi iş proqramının hazırlanması, işçi qruplarının hesabatları, təşkilatın İcraiyyə Şurasının 2015-ci il üçün sədr və sədr müavinin seçilməsi və s. məsələlər müzakirə olunacaq.

 

Tədbirdə nazir Əbülfəs Qarayev Azərbaycanda turizm sahəsində həyata keçirilən tədbirlər və layihələr barədə çıxış edəcək.

 

Apa.az