Əbülfəs Qarayev: I Avropa Oyunları çərçivəsində turistləri Azərbaycanın bütün guşələri ilə tanış etmək üçün müxtəlif layihələr həyata keçiriləcək

Posted by

Əbülfəs Qarayev: I Avropa Oyunları çərçivəsində turistləri Azərbaycanın bütün guşələri ilə tanış etmək üçün müxtəlif layihələr həyata keçiriləcək Əbülfəs Qarayev: I Avropa Oyunları çərçivəsində turistləri Azərbaycanın bütün guşələri ilə tanış etmək üçün müxtəlif layihələr həyata keçiriləcək

Əbülfəs Qarayev: I Avropa Oyunları çərçivəsində turistləri Azərbaycanın bütün guşələri ilə tanış etmək üçün müxtəlif layihələr həyata keçiriləcək

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarından olan sakinləri qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə 30-dan çox vətəndaş qəbula yazılmışdı.

Sakinlərin müraciətləri əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ev-muzeylərin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin keçirilməsi, işlə təmin olunma və s. məsələlərlə bağlı olub. Qusar rayonunda uşaq incəsənət məktəbinin təmir işlərinin tamamlanması, Quba rayonu Yeni Güləzi kənd klubunun mədəniyyət evinə çevrilməsi, Siyəzən rayonu Mərkəzi Kitabxanasının yeni binaya köçürülməsinə kömək göstərilməsi ilə bağlı xahişlər, bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndirilib.

Ə.Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini diqqətə çatdırıb, səslənən təklif və təşəbbüslərlə bağlı tədbirlər görüləcəyini, o cümlədən sosial məsələlərlə bağlı müraciətlərin lazımı instansiyalara çatdırılacağını deyib. Mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti, yerli turizm mərkəzlərində bölgə əhalisinin işlə təmin olunması kimi məsələlərin diqqət mərkəzində olduğu bildirilib: “Bölgədə “Şahdağ” Qış-Yay Turizm Kompleksi kimi iri turizm obyekti fəaliyyət göstərir. Burada yerli əhalinin işlə təmin olunmasına xüsusi üstünlük verilir”.

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmizin təbliği, tanıdılması baxımdan mühüm fürsət olacağını deyən nazir turistləri təkcə paytaxtla deyil, Azərbaycanın bütün guşələri ilə tanış etmək üçün müxtəlif layihələrin həyata keçiriləcəyini vurğulayıb.

Vətəndaşların qəbulu başa çatandan sonra Ə.Qarayevin və nazirliyin məsul işçilərinin iştirakı ilə regional müşavirə keçirilib. Müşavirədə çıxış edən nazir qarşıda duran vəzifələr və görüləcək işlərlə haqqında danışıb. Müşavirə iştirakçılarının təklif və çıxışları dinlənilib, onları maraqlandıran suallara cavablar verilib.

 

Trend.az