Beynəlxalq Böhran Qrupu: Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir

Posted by

Beynəlxalq Böhran Qrupu: Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir

Beynəlxalq Böhran Qrupu: Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdirBeynəlxalq Böhran Qrupu: Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir

Ermənistan və Azərbaycan arasındakı mövcud süst, lakin tez alovlanan münaqişə öz həssas mərhələsinə qədəm qoyub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Beynəlxalq Böhran Qrupunun (International Crisis Group) hesabatında deyilir.
Hesabatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqları 2011-ci ildə dayandırılıb: “Bu da kəskin ritorikaya gətirib çıxarıb”.
Sənəddə deyilir: “Hərbi hesablaşmaların mümkünlüyü narahatlıq doğurur, çünki iri dövlətlərin nüfuz uğrunda rəqabət apardığı Cənubi Qafqaz regionunun hazırda, həmçinin əsas enerji dəhlizi olması fonunda onların fəsadları olduqca təhlükəli olacaq”.
Hesabatda qeyd edilir ki, münaqişənin eskalasiya şanslarını azaltmaq üçün yaxın həftə və aylarda beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir.
Sənəd müəlliflərinin fikrincə, diplomatik dalandan çıxmaq üçün olduqca zəruri olan güclü və əlaqələndirilmiş beynəlxalq təzyiqə ehtiyac var.
“International Crisis Group” qeyd edir ki, münaqişə iştirakçıları olan dövlətlərin paytaxtlarında, həmçinin üçüncü ölkələrdə ATƏT-in Minsk qrupunun (Rusiya, ABŞ və Fransa başda olmaqla) nəticə əldə edə biləcəyinə şübhə ilə yanaşırlar.
Hesabat müəlliflərinin qənaətincə, yaxın perspektivdə regionda sabitliyə təhdid getdikcə daha yüksək olacaq. Sənəddə deyilir ki, hər iki tərəfin nazirləri və parlamentariləri arasında mütəmadi təmasların və görüşlərin fəallaşdırılması nizamlama prosesinə kömək edə bilər.
Hesabatda bildirilir ki, münaqişənin bütün aspektləri baxımından olduqca təsiredici gücə malik Rusiya münaqişə tərəfləri arasında sazişə nail olmaq üçün daha qətiyyətlə fəaliyyət göstərməlidir.
Sənəd müəlliflərinin fikrincə, bunun üçün Moskva hər iki münaqişə tərəfinə silah tədarükünü dayandırdığını elan etməlidir: “Digər silah tədarükçülərinin, o cümlədən Cənubi Koreya və İsrailin də belə hərəkət etməsi üçün onları təşviq etmək lazımdır”.