“Beynəlxalq Əlaqələr və Fandreyzinq” üzrə ekspert

Əsgərov Aqşin Binyamin oğlu, Astara rayonunun 1 saylı məktəbində orta təhsil almışdır, 2002-2006 cı illərdə Lənkəran Dövlət Universitetinin “Humanitar və Pedaqoji Elmlər” fakultəsində “Ingilis Dili və Ədəbiyyatı” ixtisasında bakalavr təhsili almışdır. Iş fəaliyyətinə gəldikdə, 2004-2006 ci illər ərzində Lənkəranda yerləşən “Şəfəq Ekoturizm” ictimayi birliyində tərcüməçi, 2005-2007 ci illərdə Avrasiaya Fondunun “Azərbaycan Gənclər Fondu” proqramında müsahibəçı, 2007-2008 Astara rayonununda “Beynəlxalq Tədqiqatlar və Mübadilələr Mərkəzi” (İREX) təşkilatında “Regional Kitabxana və İnformasiya Mərkəzi” layihəsində sistem inzibatçısı vəzifəsində, 2008-2009 cu illərdə “Əlillərin İqtisadi Hüquqlarının Dəstəklənməsi” layihəsində ictimai əlaqələr üzrə məsul şəxs qismində çalışmışdır. Hal-hazırda, “İnsan Hüquqları XXI əsr-Azərbycan” fondunda “Beynəlxalq Əlaqələr və Fandreyzinq” söbəsində ekspert vəzifəsində işləyir.