Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının yeni ofisinin açılışı olmuşdur

Posted by

Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının yeni ofisinin açılışı olmuşdur

 

Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının yeni ofisinin açılışı olmuşdur

Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının yeni ofisinin açılışı olmuşdur

 

Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının yeni ofisinin açılış mərasimi keçirilmişdir.

AzərTac-ın veridyi xəbərə əsasən,tədbirdə Serbiyanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, Serbiya Ticarət Palatasının və Belqrad şəhər Mədəniyyət Mərkəzinin təmsilçiləri, yerli KİV və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Belqrad Mədəniyyət Mərkəzi ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

İmzalanma mərasimində çıxış edən səfir Eldar Həsənov Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının Belqradda yeni ofisinin açılışı münasibətilə qurumların əməkdaşlarını təbrik etmişdir. O, mərkəzin və palatanın xalqlarımız arasında mədəni, humanitar, iqtisadi sahələrdə əlaqələrin dərinləşdirilməsi istiqamətində uğurla fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirmişdir.

E.Həsənov hər iki xalqın qədim tarixi və zəngin mədəni irsi, eləcə də Nizami Gəncəvi, İvo Andriç, Məhəmməd Fizuli və Milorad Paviç kimi dünya şöhrətli ədibləri ilə fəxr etməyə haqlı olduğunu vurğulamışdır. Diqqətə çatdırmışdır ki, xalqlarımız hər zaman öz milli-mənəvi dəyərlərini qorumuşlar.

Tədbir iştirakçılarını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edən səfir demişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının düşünülmüş iqtisadi siyasəti nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, xalqımızın rifahı artır.

Belqrad Mədəniyyət Mərkəzinin sədri Mia David Azərbaycan hökumətinin dəstəyi ilə Serbiyada həyata keçirilmiş humanitar layihələrə, o cümlədən bu şəhərdə “Taşmaydan” parkının və “Bayraklı cami” məscid kompleksinin, Novı Sad və Novi Pazar şəhərlərində “Müqəddəs Petka” kilsəsinin və Mədəniyyət Mərkəzinin təmir və bərpasına görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadə rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilmiş çoxsaylı mədəni-humanitar tədbirlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, mərkəz Azərbaycanın qədim tarixinin və zəngin maddi-mədəni irsinin dost serb xalqına tanıdılması istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəkdir.

Serbiya-Azərbaycan Ticarət Palatasının sədri Miroslav Çernoqorats ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, eləcə də ticarət-iqtisadi sahədə əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirmişdir. O demişdir ki, son illərdə Serbiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin bir neçə dəfə artmasında iqtisadi əməkdaşlıq üzrə müştərək komissiya, eləcə biznes forumu mühüm rol oynayır.

Miroslav Çernoqorats rəhbərlik etdiyi qurumun bundan sonra da ölkələrimiz arasında ticarət-iqtisadi sahədə əlaqələrin dərinləşməsinə öz töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırmışdır.

Sonra Novi Sad Dram Akademiyasının assistenti, serb incəsənət xadimi Viyoletta Mitroviç Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən serb dilində hazırladığı parçanı nümayiş etdirmişdir.

Sonda tədbir iştirakçılarına Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə serb dilinə tərcümə edilmiş Azərbaycan ədiblərinin kitabları paylanılmışdır.