Belarusun Azərbaycandakı səfiri Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur

Posted by

Belarusun Azərbaycandakı səfiri Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdurBelarusun Azərbaycandakı səfiri Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur

Belarusun Azərbaycandakı səfiri Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur

İyunun 30-da Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.

AzərTAc xəbər verir ki, səfər çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətində Belarus Respublikasının alman-faşist işğalçılarından azad olunmasının 70-ci ildönümü münasibətilə təsis edilmiş yubiley medallarının təqdim olunması mərasimi keçirilmişdir.

Belarus Respublikasının azad olunmasında iştirak etmiş və hazırda muxtar respublikada yaşayan veteranlara yubiley medallarını bu ölkənin Azərbaycandakı səfiri Nikolay Pastkeviç təqdim etmişdir.

Veteranlarla görüşündə səfir bildirmişdir ki, 70 il bundan əvvəl, 1944-cü il iyulun 3-də Belarus Respublikası alman faşistlərindən azad edilmişdir. Bu mübarizədə sovet qoşunlarının tərkibində vuruşan azərbaycanlıların da əməyi az olmamışdır. Onlar qəhrəmanlıqla mübarizə apararaq vətənimizin düşmənlərdən təmizlənməsində mühüm rol oynamışlar. Onlardan bir çoxu dünyasını dəyişmişdir. Ancaq bu gün yaşayanlar da vardır. Azərbaycanda belə veteranların sayı 160 nəfərdir.

Bu gün Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmiş 15 naxçıvanlı veterana yubiley medallarının təqdim edildiyini deyən səfir ölkəsi adından həmin veteranlara minnətdarlığını bildirmişdir.

Belarus cəbhəsində vuruşan veteranlardan Fərman Sadıqov, Məmmədəli Sultanov göstərilən diqqət və qayğıya görə təşəkkür etmişlər.

Səfir Naxçıvan Biznes Mərkəzində də olmuşdur. Burada qonağa yerli istehsal məhsulları haqqında ətraflı məlumat verilmişdir.

 

 

AzərTac.az