Belarus Dövlət Akademik Musiqili Teatrında Fikrət Əmirovun “1001 gecə” baletinin premyerası olub

Posted by

Fevralın 14-dən 16-dək Belarus Dövlət Akademik Musiqili Teatrında Fikrət Əmirovun “1001 gecə” baletinin premyerası olub. Dirijor Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, baletin premyerası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Opera və Balet Teatrının dəstəyi ilə baş tutub. Tamaşanın premyerasında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Belarus Mədəniyyət Nazirliyinin rəhbərliyi, Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə və başqaları iştirak ediblər.

Əyyub Quliyevin rəhbərlik etdiyi baletin quruluşçusu Azərbaycanın xalq artisti Mədinə Əliyeva, quruluşçu-rəssamı İnarə Aslanovadır. Tamaşanın aparıcı partiyalarında Belarus Dövlət Akademik Musiqili Teatrının solistləri çıxış ediblər.

Qeyd edək ki, 2010-cu ildə Belarus Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının, 2013-cü ildə isə Belarus Respublikası Dövlət Opera və Balet Teatrının səhnəsində Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olub.

Apa.az