Bakıya içməli suyun verilməsi səhər və axşam olmaqla qrafik rejimə keçiriləcək

Posted by

Bakıya içməli suyun verilməsi səhər və axşam olmaqla qrafik rejimə keçiriləcək.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kür-Bakı magistral su kəmərlərinin birinin qəzalı vəziyyətdə olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə verilən içməli suyun həcmi azaldılıb.

Bununla əlaqədar 1-5 mart 2014-cü il tarixlərində Yasamal, Binəqədi, Nərimanov, Nizami, Xətai və Qaradağ rayonlarının 24 saat fasiləsiz su ilə təmin olunan bəzi yerlərində içməli suyun verilməsi səhər və axşam olmaqla qrafik rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Trend.az