Bakının bəzi ərazilərində işıq problemi yaranıb

Posted by

Bakının bəzi ərazilərində işıq problemi yaranıb

 

Bakının bəzi ərazilərində işıq problemi yaranıb

 

Bakının bəzi ərazilərində işıq problemi yaranıb

 

Azərbaycanın bölgələrində, həmçinin Bakı şəhərində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın bəzi rayonlarına elektrik enerjisinin verilməsində problemlər yaranıb. Bunu «APA-Economics»ə açıqlamasında «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

 

Onun sözlərinə görə, hazırda elektrik enerjisinin verilməsində problem sadəcə Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində müşahidə edilir.

 

«Digər ərazilərdə problem həll olunub. Binəqədi rayonunun Sulutəpə qəsəbəsinə isə yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq. Hazırda bu istiqamətdə iş aparılır», – deyə T.Mustafayev qeyd edib.

 

Apa.az