Bakıda Yeni il bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək

Posted by

Bakıda Yeni il bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcəkBakıda Yeni il bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək

Bakıda Yeni il bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçiriləcək.

 

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Eonomics”ə verilən məlumata görə, yarmarkaların Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə dekabrın 27-31-də fasiləsiz olaraq 5 gün müddətində keçiriləcəyi nəzərdə tutulub.

 

Yarmarkalar paytaxtın Xətai rayonu (Ukrayna dairəsinin yanı, Nəsimi rayonu (S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi), Yasamal rayonu (Şərifzadə küçəsi 1, Rabitə kollecinin arxası), Nərimanov rayonu (Gənclik metrosunun yanı), Səbail rayonu (Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası), Suraxanı rayonu (Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12), Binəqədi rayonu (Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı) ünvanlarında təşkil olunacaq.

 

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

 

Apa.az