Bakıda İƏT Xarici İşlər Nazirləri Toplantısının simulyasiyası keçirilib

Posted by

Bakıda İƏT Xarici İşlər Nazirləri Toplantısının simulyasiyası keçirilib

Bakıda İƏT Xarici İşlər Nazirləri Toplantısının simulyasiyası keçirilib

Bakıda İƏT Xarici İşlər Nazirləri Toplantısının simulyasiyası keçirilib

“İslam Əməkdaşlıq Təşkilatı Model – Beynəlxalq Münasibətlər Akademiyası” proqramının təntənəli bağlanış təqdimatı keçirilib.

İslam Konfransı Gənclər Forumundan Trend-ə verilən məlumata görə, bu gün Bakıda İslam Konfransı Gənclər Forumunun təşəbbüsü və Azərbaycan Gənclər və İdman Nazirliyi, o cümlədən Bakı Dövlət Universitetinin dəstəyi ilə artıq dördüncü ildir ki, davam edən “İƏT Model – Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində “İƏT Model – Azərbaycan” adlı milli mərhələnin yekunu və qaliblərin mükafatlandırma mərasimi həyata keçirilib. Tədbirdə İƏT ölkələrinin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndələr, millət vəkilləri və ictimai xadimlər iştirak ediblər.

Qeyd edək ki, “İƏT Model – Beynəlxalq Münasibətlər Akademiyası” İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə təsis edilmiş beynəlxalq təhsil proqramıdır və icrasına ilk dəfə 2011-ci ildə Azərbaycanda start verilib. Hazırda bu təhsil proqramı İslam Əməkdaşlıq Təşkilatına üzv 40-a yaxın ölkədə eyni zamanda həyata keçirilir.

İcrasına 3 ay əvvəl start verilmiş “İƏT Model – Azərbaycan” mərhələsində BDU, ADA, DİA, Dillər, Slavyan və s. universitet və ali məktəblərdən 200-dən artıq tələbə iştirak edib, 6 həftə ərzində onlar İslam Əməkdaşlığı Təşkilatı arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş seriya mühazirələr dinləyib, İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfir və diplomatik nümayəndələri ilə görüşlərdə iştirak edib, beynəlxalq münasibətlərin bir çox aspektləri ilə praktiki və yaxından tanış olublar.

Proqramın əsas hissəsi olan yekun tədbirdə, proqram iştirakçıları İƏT Xarici İşlər Nazirləri Toplantısını reallığa maksimum yaxınlaşdırılmış formada simulyasiya edən “İƏT XİN Sammiti”ndə, İƏT-ə üzv ölkələlər üzrə işçi qruplara bölünərək İƏT məkanında baş verən mühüm siyasi xarakter daşıyan və dünyanı narahat edən problemləri müzakirə edərək müvafiq qərarlar qəbul ediblər. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə Suriyadakı cari proseslər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə təkliflər, islamofobiya ilə mübarizə üzrə təşəbbüslər öz əksini tapıb.

Bu gün isə rəsmi qonaqların iştirakı ilə proqramın milli mərhələsinin bağlanış və proqramda xüsusi istedadı və bacarığı ilə seçilmiş iştirakçıların mükafatlandırma mərasimi keçirilib. “İƏT XİN Sammiti”ndə fəallığı ilə seçilən gənclər xüsüsi hədiyyə ilə təltif olunmuş və bu ilin yayında Türkiyədə keçiriləcək “İƏT Model – Qlobal Sammit”ində iştirak etmək hüququ əldə ediblər.

Qeyd edilməlidir ki, “İƏT Model – Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində keçirilən “İƏT Model – Qlobal Sammit”lər hər dəfə 40-a yaxın İƏT-ə üzv ölkələri təmsil edən 200-dən artıq deleqatların iştirakı ilə 2011-ci ildə İstanbulda, 2012-ci ildə Rusiyanın Kazan şəhərində, 2013-cü ildə Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilib.

İlk mərhələdə hər bir ölkədə milli proqram icra olunur, həmin proqramda aktivliyi və savadı ilə seçilən bir neçə gənc sonradan İƏT-ə üzv həmin 40 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq “İƏT Model – Qlobal Sammit”ində öz ölkələrini təmsil edirlər.

 

Trend.az