Bakıda sərnişin daşıyan avtobuslarda sürət həddinə nəzarət olunacaq

Posted by

Bakıda sərnişin daşıyan avtobuslarda sürət həddinə nəzarət olunacaq

Bakıda sərnişin daşıyan avtobuslarda sürət həddinə nəzarət olunacaq

Bakıda sərnişin daşıyan avtobuslarda sürət həddinə nəzarət olunacaq

Bakı şəhərində sərnişindaşıma xidmətləri göstərilən avtobuslarda hərəkət sürətinə nəzarət sistemi tətbiq oluna bilər.

 

APA-nın məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

 

«Avtobus sürücülərin mədəniyyəti ən problemli yerimizdir. Bu tam şəkildə özəl sektora məxsus bir sahədir. Müxtəlif fiziki və hüquqi şəxslər bu sahədə fəaliyyət göstərirlər və bu şirkətlərin rəhbərləri avtobus sürücülərini mədəni şəkildə xidmət göstərməsinə, sərnişinləri harada gəldi düşürüb-mindirmək kimi məsələlərə görə məsuliyyət daşıyırlar», – deyə Z.Məmmədov deyib.

 

Nazir qeyd edib ki, Nəqliyyat Nazirliyi bununla bağlı dəfələrlə xəbərdarlıq edib və müvafiq tövsiyələr verib: «Sürücü peşəsi mürəkkəbdir. Əslində hər bir sürücüyə fərdi qaydada nəzarətçi təyin edə bilmərik. Hamı bilməlidir ki, normativlər, cədvəllər var və buna əməl edilməlidir. Ona görə də Nəqliyyata İntellektual İdarəetmə Sistemi bu cür halların aşkar edilərək hüquqi və fiziki şəxslərə xəbərdarlıq etməklə məşğul olmalıdır. Biz sərnişinlərin təhlükəsiz daşınması ilə bağlı işlər aparırıq və avtobuslarda sürət həddinin müəyyən edilməsi də bu tədbirlər sırasındadır. Hazırda testlər gedir və əgər uğurlu nəticələr olarsa, təbii ki, bu, bütün şəhər nəqliyyatında tətbiq olunacaq».

 

Avtobusların reyslərə nasaz çıxması və bununla bağlı reydlərin keçirilməsinə toxunan Z.Məmmədov deyib ki, Nazirlik bununla bağlı ciddi nəzarət təlbirləri müəyyənləşdirib: «Həm avtobuslar texniki yoxlamadan, eyni zamanda sürücülər tibbi yoxlamadan keçməlidir. Bu istiqamətdə müəyyən işlər aparırıq və müəyyən nəzarət qurumu yaratmışıq. Hər bir sürücü ilə ayrı-ayrılıqda müqavilələr bağlanılmalıdır ki, sürücülər məsuliyyət hiss etsinlər. Biz bu barədə dəfələrlə tövsiyələr vermişik».

 

Azərbaycana yeni avtobus və taksilərin gətirilməsini və onların əlillər üçün də nəzərdə tutulması barədə danışan nazir qeyd edib ki, əlillərin əksəriyyəti heç avtobuslara minmirlər: «İndiki bəzi avtobuslarda da əlillər üçün yerlər var. Əksəriyyətinin də öz avtomobilləri var. Əlbəttə, yeni avtobusların və taksilərin alınması gözlənilir. Bilirsiniz, qarşıda Avropa Oyunlarının keçirilməsi gözlənilir və buna böyük hazırlıqlar gedir».

 

Apa.az