Bakıda ənənəvi Beynəlxalq Sığorta Forumu keçiriləcək

Posted by

Bakıda ənənəvi Beynəlxalq Sığorta Forumu keçiriləcək

Bakıda ənənəvi Beynəlxalq Sığorta Forumu keçiriləcək

Bakıda ənənəvi Beynəlxalq Sığorta Forumu keçiriləcək

İyunun 19-20-də Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF) keçiriləcək. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri (ASA) Orxan Bayramov məlumat verib.

 

Onun sözlərinə görə, forumda 20-dən çox ölkədən 250-dək nümayəndə iştirak edəcək.

 

Qeyd edək ki, Qafqaz regionunda sığorta və təkrarsığorta bazarına həsr olunmuş ən mühüm tədbir olan bu forumda Qafqaz regionunun, həmçinin Türkiyə, Mərkəzi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri iştirak edəcək.

 

ASA sədri əlavə edib ki, bu il forumun formatında dəyişiklik edilib. Belə ki, forumun ilk günündə yalnız plenar iclaslar keçiriləcək. İkinci gün isə şirkətlər arasında ikitərəfli görüşlər və “workshop” formatında müzakirələr təşkil olunacaq. Forumda əsasən təbii fəlakət sığortaları, tibbi sığorta, həyat sığortası, təkrarsığorta, risklərin idarəedilməsi və avtomobil sığortasında hadisələrin tənzimlənməsi mövzuları müzakirə olunacaq.

 

Forum Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

 

Apa.az