Bakıda NATO/ABŞ Ekspert Qrupunun işçi görüşü keçiriləcək

Posted by

Bakıda NATO/ABŞ Ekspert Qrupunun işçi görüşü keçiriləcək

Bakıda NATO/ABŞ Ekspert Qrupunun işçi görüşü keçiriləcək

Bakıda NATO/ABŞ Ekspert Qrupunun işçi görüşü keçiriləcək

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 18-19-da Bakı şəhərində Silahlı Qüvvələrin Hərbi Təhsil Sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO/ABŞ Ekspert Qrupunun işçi görüşü, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 18-dən 20-dək Tuusula şəhərində (Finlandiya) Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Analiz Proqramının məlumat bazası üzrə təlim kursu və Azərbaycan-ABŞ iş planına əsasən martın 18-dən aprelin 4-dək Novo Selo şəhərində (Bolqarıstan) “Saber Guardian” kompüter dəstəkli komanda qərargah təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

Trend.az