Bakıda Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında QHT-lərin rolu mövzusunda konfrans keçirilmişdir

Posted by

Bakıda Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında QHT-lərin rolu mövzusunda konfrans keçirilmişdir

Bakıda Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında QHT-lərin rolu mövzusunda konfrans keçirilmişdir

Bakıda Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında QHT-lərin rolu mövzusunda konfrans keçirilmişdir

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə iyunun 11-də Bakıda “Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında və qardaş xalqlarımızın əməkdaşlığının genişlənməsində QHT-lərin yeri və rolu” mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Qənirə Paşayeva tədbirdə çıxış edərək

Azərbaycan və macar xalqları arasında qardaşlıq münasibətlərinin tarixinin uzaq keçmişə təsadüf etdiyini söyləmişdir. İki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu qeyd edən Q.Paşayeva əlaqələrin daha da genişlənməsinin Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu vurğulamışdır.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu haqqında danışmışdır.

Macar Turan Fondunun rəhbəri Androş Biro Macarıstanın Azərbaycanı yaxından tanıyan və dostluq əli uzadan ilk dövlətlərdən biri olduğunu söyləmişdir. O, Azərbaycan-Macarıstan əlaqələrinin sürətlə inkişaf etdiyini, xalqlarımız arasında əsl dostluq münasibətlərinin yarandığını vurğulamışdır. Bu münasibətlərin daha da möhkəmləndirilməsinin önəmi vurğulanan tədbirdə bildirilmişdir ki, hər iki ölkənin QHT-ləri arasında əməkdaşlıq genişləndirilməlidir.

Tədbirdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişafına verdiyi töhfələrə görə A.Biroya mükafat təqdim edilmişdir.

 

AzərTac.az