Bakıda “Avropa Şurasının mədəni marşrutları: mədəniyyətlərarası dialoq və sosial sabitlik naminə mədəni turizm” mövzusunda tədbir keçirilib

Posted by

Bakıda “Avropa Şurasının mədəni marşrutları: mədəniyyətlərarası dialoq və sosial sabitlik naminə mədəni turizm” mövzusunda tədbir keçirilib“Avropa Şurasının mədəni marşrutları: mədəniyyətlərarası dialoq və sosial sabitlik naminə mədəni turizm” mövzusunda tədbir keçirilib

Bakıda “Avropa Şurasının mədəni marşrutları: mədəniyyətlərarası dialoq və sosial sabitlik naminə mədəni turizm” mövzusunda tədbir keçirilib

Bu gün Bakıda “Avropa Şurasının mədəni marşrutları: mədəniyyətlərarası dialoq və sosial sabitlik naminə mədəni turizm” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardziç-Markoviç və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

 

Ə. Qarayev çıxışında bildirib ki, son 6 ay müddətində AŞ Nazirlər Komitəsinə sədrlik edən Azərbaycan son tədbiri məhz mədəniyyətə və turizm marşrutlarına həsr edir: “Düşünürəm ki, bu fakt rəmzi xarakter daşıyır. Hesab edirəm, bu istiqamət bir nümunə olaraq Avropa ölkələri üçün müəyyən maraq kəsb edə bilər”.

 

Nazir əlavə edib ki, son illər Azərbaycan bir neçə beynəlxalq mədəni tədbir keçirib və bu tədbirlər uğurla başa çatıb: “Əlbəttə, biz mədəniyyət və turizm sahəsində beynəlxalq tədbirləri davamlı keçirəcəyik. Azərbaycanda həyata keçirilən mədəni siyasət, tolerant mühit bütün böyük təşkilatların diqqətini cəlb edib. Azərbaycanda yaşayan müxtəlif xalqlar yaratdıqları mədəniyyət nümunələrini təqdim edirlər, müxtəlif sərgilər, tədbirlər keçirilir”.

 

 

Apa.az