Bakı-Nyu York-Bakı aviareysinin sayı artırılıb

Posted by

Bakı-Nyu York-Bakı aviareysinin sayı artırılıbBakı-Nyu York-Bakı aviareysinin sayı artırılıb

Bakı-Nyu York-Bakı aviareysinin sayı artırılıb

“Azərbaycan hava Yolları” QSC (AZAL) Bakı-Nyu York-Bakı istiqamətində müntəzəm uçuşlarının sayını artırıb.

 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “APA-Economics”ə bildirib ki, artıq bu həftədən başlayaraq uçuşlar həftədə üç dəfə yerinə yetirilir.

 

Onun sözlərinə görə, hazırda Nyu-York şəhərinin Kennedi hava limanına reyslər hər həftə bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetirilir. Bakıdan uçuş yerli vaxtla saat 06:00-da, Nyu-Yorkda enmə isə yerli vaxtla saat 09:30-da həyata keçilir.

 

Əks-istiqamətdə uçuşlar həftənin çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçirilir.

 

Reyslər uzaq məsafəli istiqamətlərdə uçuşlar üçün nəzərdə tutulmuş “Airbus-A 340” tipli hava gəmilərində yerinə yetirilir.

 

 

Apa.az