Bahar Muradova Ermənistan nümayəndələrinin ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasında iştirakına münasibət bildirib

Posted by

Milli Məclisin vitse-spikeri Bahar Muradova Ermənistan nümayəndələrinin ATƏT Parlament Assambleyasının (PA) iyunun 28-də Bakıda keçiriləcək 23-cü sessiyasında iştirakına münasibət bildirib.

Trend-in məlumatına görə, B.Muradova jurnalistlərə deyib ki, bu, ATƏT PA-nın tədbiridir, Azərbaycan bu tədbirin keçirilməsinə şərait yaradır və özü də bu tədbirdə iştirak edir: “Dəvətlər eyni dərəcədə hər kəsə aiddir. Bu, işçi qaydasında həyata keçirilir. Ermənistan nümayəndə heyəti də digər nümayəndə heyətləri kimi bu tədbirdə iştirak etməlidir. Artıq bir çox hotellərdə demək olar ki, həmin müddət üçün yerlər tutulub. Ancaq bu günə qədər Ermənistan nümayəndələrinin gəlib-gəlməyəcəyi ilə bağlı məlumat yoxdur”.

B.Muradova vurğulayıb ki, bu sessiya ATƏT regionunda insanların təhlükəsizliyinə həsr olunacaq. Onun sözlərinə görə, Milli Məclisin komitələrində, plenar iclaslarında müzakirə olunan bir sıra məsələlər də bu sessiyanın gündəliyinə daxil ediləcək: “Azərbaycan artıq hazırlıqları yekunlaşdırmaq üzrədir. Biz 57 ölkədən nümayəndələr gözləyirik. Azərbaycanda birinci dəfədir ki, bu istiqamətdə belə geniş tədbir keçirilir. Ona görə də bu tədbirin əhəmiyyətini xüsusı dəyərləndirirk”.

Vitse-spiker qeyd edib ki, ATƏT PA-da məhz belə bir regionda təhlükəsizlik məsələsinə xüsusi əhəmiyyət verilir.

Trend/az