Baş nazir: Gürcüstan hökuməti NATO ilə sıx əlaqələrə böyük əhəmiyyət verir

Posted by

Baş nazir: Gürcüstan hökuməti NATO ilə sıx əlaqələrə böyük əhəmiyyət verirBaş nazir: Gürcüstan hökuməti NATO ilə sıx əlaqələrə böyük əhəmiyyət verir

Baş nazir: Gürcüstan hökuməti NATO ilə sıx əlaqələrə böyük əhəmiyyət verir

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa İttifaqının hərbi komitəsinin sədri general Patrik de Ruzye ilə görüşüb.

 

Hökumətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İrakli Qaribaşvili generalın Gürcüstana ilk səfərinin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, bu, Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərin intensivləşdirilməsinə daha bir sübutudur.

 

Onun sözlərinə görə, Gürcüstanın Avropa və avroatlantik kursu qaçılmazdır, çünki bu, gürcü xalqının seçimidir.

 

Tərəflər assosiasiyalaşma haqda Sazişdə nəzərdə tutulan islahatların həyata keçirilməsini və gürcü hərbi kontingentinin böhranların idarə edilməsi üzrə əməliyyatda Avropa İttifaqının himayəsi altında iştirakını müzakirə ediblər.

 

İrakli Qaribaşvili bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə paralel olaraq Gürcüstan hökuməti NATO ilə sıx əlaqələr yaradılmasına böyük əhəmiyyət verir və alyansın Uels zirvə toplantısında aldığı paketinin implementasiyası üçün əlindən gələn qüvvələrini əsirgəmir.

 

Trend.az