Azərbaycanın xarici işlər naziri BMT TŞ-da çıxış edəcək

Posted by

Azərbaycanın xarici işlər naziri BMT TŞ-da çıxış edəcək

Azərbaycanın xarici işlər naziri BMT TŞ-da çıxış edəcəkAzərbaycanın xarici işlər naziri BMT TŞ-da çıxış edəcək

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə oktyabrın 28-də “BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçiriləcək BMT TŞ-nın yüksək səviyyəli iclasında iştirak və sədrlik etmək üçün Nyu-Yorka yola düşüb.
Trend-in Azərbaycanın XİN-nin mətbuat xidmətinə istinadən veridiyi məlumata əsasən, iclas çərçivəsində Xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı və eyni zamanda iclasın yekunu olaraq, BMT TŞ-da Azərbaycan sədrliyinin bəyanatı nəzərdə tutulub.

BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi üzrə BMT TŞ çərçivəsində bu kimi ilk təşəbbüsün müəllifi olan Azərbaycan Respublikası BMT TŞ-da sədrliyi dövründə bu mövzunun daha da inkişaf etdirilməsi və iki təşkilat arasında əməkdaşlığın müxtəlif formalarının müəyyən edilməsini qarşısına prioritet məqsədlərdən biri kimi qoymuşdur.

Xatırladaq ki, rotasiya qaydasına uyğun olaraq, 01 oktyabr 2013-cü il tarixindən etibarən BMT TŞ-da sədrlik Azərbaycana keçib.