Azərbaycanın sərinləşdiriçi içki və dondurma məhsulları bazarında nəzarət tədbirləri gücləndirilib

Posted by

Yay mövsümünün başlanılması ilə əlaqədar istehlakçıların sərinləşdiriçi içki və dondurma məhsullarına artan tələbatı nəzərə alınaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həmin əmtəə bazarlarında nəzarət tədbirlərini gücləndirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılan nəzarət tədbirləri zamanı sərinləşdiriçi içki və dondurma məhsullarının istehsalı və satışını həyata keçirən təsərrüfat subyektləri tərəfindən qanun pozuntusuna yol verildiyi aşkar olunduğu təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz sərinləşdiriçi içki və dondurma məhsullarının satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və ya Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Trend.az