Azərbaycanın rabitə müəssisələri prezident seçkisi ilə bağlı gücləndirilmiş iş rejimində işləyəcəklər

Posted by

Azərbaycanın rabitə müəssisələri prezident seçkisi ilə bağlı gücləndirilmiş iş rejimində işləyəcəklər

Azərbaycanın rabitə müəssisələri prezident seçkisi ilə bağlı gücləndirilmiş iş rejimində işləyəcəklərAzərbaycanın rabitə müəssisələri prezident seçkisi ilə bağlı gücləndirilmiş iş rejimində işləyəcəklər

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri oktyabrın 1-dən 13-ə kimi gücləndirilmiş iş rejimində işləyəcəklər. Trend xəbər verir ki, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış veb-kameralara texniki nəzarət mərkəzinə baxış zamanı bildirib.

Onun sözlərinə görə, fiber-oprik kabellərin, digər qurğuların mühafizəsi, rabitə sisteminin stabil işləməsi üçün ciddi təhlükəsizlik tədbirləri görülür.

Nazir müavini onu da əlavə edib ki, oktyabrın 9-da, səsvermə günü bütün poçt və rabitə müəssisələri seçki prosesi tam bitənədək fəaliyyət göstərəcəklər. Əgər hər hansı əlahiddə fövqəladə hal yaranarsa, məlumatları həmin müəssisələr vasitəsilə də əldə etmək mümkün olacaq.