Azərbaycanın Polşadakı səfirliyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində silsilə tədbirlər keçirir

Posted by

Azərbaycanın Polşadakı səfirliyi “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində “Azərbaycan Müstəqillik yolunda” adı altında silsilə tədbirlər keçirir.

Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirliyin və Polşada fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Mərkəzi” diaspor təşkilatının təşkilatçılığı ilə Varşava Universitetində və Varşava şəhərinin Ziqmund Yan Rumla kitabxanasında “Azərbaycan Müstəqillik yolunda” adlı tədbirlər keçirilib.

Səfirliyin müşaviri Ülvi Baxşəliyev və “Azərbaycan Mədəniyyət Mərkəzi” diaspor təşkilatının rəhbəri Şəhla Kazımova çıxışları zamanı iştirakçılara Xocalı faciəsi haqqında məlumat verərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş, əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə Xocalı şəhəri yerlə-yeksan edilib, əhalisi isə soyqırımına məruz qalıb. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada həyata keçirildiyi əlavə olunub.

Tədbirlər zamanı Xocalı soyqırımını əks etdirən foto və video materiallardan ibarət təqdimat çarxı nümayiş etdirilib, səfirlik tərəfindən nəşr edilmiş faciəni əks etdirən kitab və broşürlar tədbir iştirakçılarına paylanıb.

Apa.az