Azərbaycanın Pakistandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib

Posted by

Azərbaycanın Pakistandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndiribAzərbaycanın Pakistandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib

Azərbaycanın Pakistandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib

Azərbaycanın Pakistandakı səfirliyi ölkə müxalifəti və hakimiyyəti arasında qarşıdurmalarla əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə bazar ertəsi Trend-ə səfirlikdən deyiblər.

Səfirlikdən qeyd ediblər ki, Pakistan hakimiyyəti Azərbaycan səfirliyinin binasının yerləşdiyi ərazidə təhlükəsizlik tədbilərini gücləndirib: “Hazırda Azərbaycanın Pakistandakı səfirliyi gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində işləyir, polis və müxalifət arasında toqquşmalar davam edir, nümayişçilər Pakistan televiziyasının binasını artıq ələ keçiriblər”.

Dünən Pakistan polisi Baş nazirin iqamətgahına və parlamentin binasına zorla girməyə çalışan nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Asayiş keşikçiləri ilə toqquşmalar nəticəsində 4 nümayişçi ölüb, 500-dən artıq insan xəstəxanaya yerləşdirilib. Polislə toqquşmalar davam edir.

 

Trend.az