Azərbaycanın müdafiə naziri Pakistan Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb

Posted by

Azərbaycanın müdafiə naziri Pakistan Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşübAzərbaycanın müdafiə naziri Pakistan Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Pakistan Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudla görüşüb. Bu barədə Trend Pakistanın “Geo.tv” saytına istinadən məlumat verir.

 

Z.Həsənov və R.Mahmud görüşdə qarşılıqlı əməkdaşlıq və regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər. Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın səviyyəsini artırmaq haqqında razılıq əldə ediblər.

 

Z.Həsənovu Qərargah Rəisləri Komitəsinə gələrkən fəxri qarovul dəstəsi qarşılayıb.

 

Qeyd edək ki, noyabrın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Z.Həsənov Pakistan İslam Respublikasına rəsmi səfərə gedib. Səfər çərçivəsində Pakistan İslam Respublikasının dövlət və hərbi rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

 

Səfər noyabrın 19-dək davam edəcək.

 

Trend/az