Azərbaycanın idman mütəxəssislərinə fəxri adlar verilib

Posted by

Azərbaycanın idman mütəxəssislərinə fəxri adlar verilibAzərbaycanın idman mütəxəssislərinə fəxri adlar verilib

Azərbaycanın idman mütəxəssislərinə fəxri adlar verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”

 

Aliomarov Maqomed Aliomaroviç

Cəfərov Vaqif Məmmədəli oğlu

Həsənov Musa Süleyman oğlu

İsmayılov Çingiz Məmməd oğlu

 

“Əməkdar Müəllim”

 

Atakişiyev Akif Əli oğlu

Şahbazov Şəmsəddin İbrahim oğlu

 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib:

 

Həsənov Rafiq Binnət oğlu

Useynov Məmməd Mir Bağır oğlu

 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Trend/az