Azərbaycanın fövqəladə hallar naziri BMT-nin İnkişaf Proqramının rəhbərini qəbul edib

Posted by

Azərbaycanın fövqəladə hallar naziri BMT-nin İnkişaf Proqramının rəhbərini qəbul edibAzərbaycanın fövqəladə hallar naziri BMT-nin İnkişaf Proqramının rəhbərini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri BMT-nin İnkişaf Proqramının rəhbərini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir H.Klarka FHN və onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, BMT-nin müvafiq qurumları ilə ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və əməkdaşlıq imkanlarından geniş istifadə olunmasının əhəmiyyətini qeyd edib.

 

Kəmaləddin Heydərov bildirib ki, FHN ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi uğurla həyata keçirilir, nazirliyin qurumları BMT-nin digər strukturlarının təşkil etdiyi beynəlxalq tədbirlər və təlimlərdə fəal iştirak edirlər.

 

Qonaq öz növbəsində səmimi qəbula və fəal əməkdaşlığa görə təşəkkür edərək bildirib ki, Azərbaycanda fəlakət risklərinin idarə olunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilib. Görüşdə FHN və BMT İnkişaf Proqramının həyata keçirdikləri birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı” ilə tanış olublar.

 

Apa.az