Azərbaycanın bəzi sürüşmə sahələri aktivləşib

Posted by

Azərbaycanın bəzi sürüşmə sahələri aktivləşib

Azərbaycanın bəzi sürüşmə sahələri aktivləşib

Azərbaycanın bəzi sürüşmə sahələri aktivləşib

Yanvarın sonu-fevralın əvvəllərində ölkə ərazisinə yağan qarın əriməsindən sonra bəzi sürüşmə sahələrində aktivlik yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Trend-ə deyib ki, hazırda Lənkəran-Lerik, Quba-Xınalıq avtomobil yolundakı mövcud sürüşmə sahələrində aktivləşmə müşahidə olunur. Lənkəran-Lerik avtomobil yolunda ən böyük sürüşmə sahəsi 17 km-dədir. Yolun 17 kim-dən 53 km-ə qədər olan hissəsində 12-13 yerdə həm ucqun, həm sürüşmə sahələri var: “Demək olar ki, bütün yol mövcud olan sürüşmə sahələrinin birində qismən az, birində qismən çox aktivlik müşahidə edilir. Ancaq ümumiyyətlə, bütün sürüşmə sahələrində aktivlik var. Təbii ki, qarın, yağışın bu sürüşmə, ucqun hadisələrinin aktivləşməsində rolu böyükdür. Ümumiyyətlə, yağışdan, qardan sonra Yol İstismar İdarəsinin texnikaları həmişə o yolboyu işləyir. Hazırda yol normaldır, çox da qəzalı vəziyyətdə deyil”.

 

Trend.az