Azərbaycanın benzin idxal etməsinin səbəbləri məlum oldu

Posted by

Azərbaycanın benzin idxal etməsinin səbəbləri məlum oldu

 

Azərbaycanın benzin idxal etməsinin səbəbləri məlum oldu

Azərbaycanın benzin idxal etməsinin səbəbləri məlum oldu

 

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) apreldə Heydər Əliyev adına NEZ-də katalitinq krekinq qurğusunu yenidənqurma məqsədilə bir aylığa dayandıracaq. Bu barədə çərşənbə günü Trend-ə Dövlət Neft Şirkətindəki mənbə bildirib.

Onun sözlərinə görə, qurğuda yenidənqurma və onun istehsal gücünün artırılması üzrə işlər aparılacaq.

Bir müddət əvvəl ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsi bildirmişdi ki, qurğunun modernləşdirilməsi üzrə işlər onun emal gücünün bir milyon ton (2 milyon tondan 3 milyon tonadək), benzin istehsalını isə 450 min ton artırılmasına imkan verəcək.

Qurğunun gücünün artırılmasına tələbat daxili bazarda benzinə tələbatın artması ilə əlaqədardır.

Qurğunun işinin dayanacağı ilə əlaqədar benzinin çatmayan həcmlərini idxal hesabına təmin etmək planlaşdırılır.

Nazirlər Kabinetinin qərarı ilə Aİ-92 və Aİ-95 benzinlərinin idxalı gömrük rusumundan azad edilib. Trend-in məlumatına görə, müvafiq qərar Nazirlər Kabinetinin rəsmi saytında dərc edilib.

Qərara əsasən, rüsum dərəcələri 15 faizdən sıfıra endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə bu markadan olan benzinlərin idxalı üzrə aksiz dərəcələri 1 tona görə 250 dollardan 1 dollaradək azaldılıb.

Qərar 2014-cü il iyunun 1-dək qüvvədədir.

 

Trend.az