Azərbaycanın Baş prokuroru Rusiya Baş prokuroruna və İstintaq Komitəsinin sədrinə müraciət ünvanlayıb

Posted by

Azərbaycanın Baş prokuroru Rusiya Baş prokuroruna və İstintaq Komitəsinin sədrinə müraciət ünvanlayıb

Azərbaycanın Baş prokuroru Rusiya Baş prokuroruna və İstintaq Komitəsinin sədrinə müraciət ünvanlayıbAzərbaycanın Baş prokuroru Rusiya Baş prokuroruna və İstintaq Komitəsinin sədrinə müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Orxan Zeynalovun Rusiya Federasiyasının vətəndaşı Yeqor Şerbakovun qətlində təqsirləndirilməsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqının cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması ilə bağlı Rusiya Federasiyasının Baş prokuroruna və Rusiya Federasiyası İstintaq Komitəsinin sədrinə müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, müraciətdə Baş prokuror O.Zeynalova qarşı yol verilmiş hüquqazidd hərəkətləri qəti şəkildə pisləyərək, tutularkən onun təqsirsizlik prezumpsiyasının pozulması, həmçinin cinayət işinin istintaqının beynəlxalq konvensiyaların tələbləri gözlənilməklə hüquqi müstəvidə araşdırılması barədə Azərbaycanın Moskvadakı səfirliyinin Rusiya tərəfinə edilmiş müraciətlərini həmkarlarına xatırladıb.

Z.Qaralov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” Konvensiyası və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının tələblərini, O.Zeynalova qarşı yol verilmiş qanunazidd hərəkətlərin həm Rusiyada, həm də Azərbaycanda ictimaiyyət arasında geniş rezonans doğurmasını rusiyalı həmkarı və Rusiya Federasiyası İstintaq Komitəsinin sədrinin diqqətinə çatdıraraq, müraciətində qanunun aliliyinin təmin edilməsi ilə O.Zeynalovun hüquq və azadlıqlarının qorunmasını, onun vəkillə, tərcüməçi ilə təmin edilməsini, həmçinin gələcəkdə ona qarşı işgəncənin və ləyaqəti alçaldan rəftara yol verilməməsini və belə hərəkətlərin qarşısının alınmasını xüsusi vurğulayıb.