Azərbaycanın baş konsulu Tümen vilayətinə səfər edib

Posted by

Azərbaycanın baş konsulu Tümen vilayətinə səfər edib

Azərbaycanın baş konsulu Tümen vilayətinə səfər edib

 

 

Azərbaycanın baş konsulu Tümen vilayətinə səfər edib

Azərbaycan Respublikasının Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki baş konsulu Sultan Qasımov Rusiya Federasiyasının Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevin dəvəti ilə Tümen şəhərinə işgüzar səfər edib. Sultan Qasımov Tümendə yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb. Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev onu qəbul edib.

 

Baş konsulluqdan AzərTAc-a verilən məlumata görə, görüşdə S.Qasımov səmimi qəbul üçün təşəkkürünü bildirib və qeyd edib ki, hər dəfə Tümenə səfər edərkən bu regionun əməkdaşlığa hazır olduğunu hiss edir.

 

V.Yakuşevə Azərbaycanda cərəyan edən proseslər barədə məlumat verilib. Xüsusi qeyd edilib ki, Azərbaycan regionda və bütün postsovet məkanında iqtisadi baxımdan ən dinamik inkişaf edən ölkəyə çevrilib. Baş konsul ölkəmizin inkişafında Prezident İlham Əliyevin dəyərli rolunu vurğulayıb.

 

S.Qasımov qeyd edib ki, Rusiya-Azərbaycan münasibətlərinin yüksək siyasi səviyyəsi bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə şərait yaradır. Rusiya ilə Azərbaycan arasında inteqrasiya proseslərinin dərinləşməsinin mühüm elementi olan regionlararası əməkdaşlıq son illərdə dinamik şəkildə inkişaf edir və möhkəmlənir. Aşkardır ki, bu cür çoxtərəfli siyasi, iqtisadi, humanitar, mədəni və elmi əlaqələrə malik olan ölkələrin sayı çox deyil.

 

Baş konsul Azərbaycandakı rus icması barədə söhbət açaraq qeyd edib ki, üzvlərinin sayı 120 mindən çox olan bu icma Qafqazda sayca ən böyük icmadır. Prezident İlham Əliyevin son müsahibələrindən birində qeyd etdiyi kimi, bu insanlar Azərbaycanı beynəlxalq arenada ləyaqətlə təmsil edir və ölkəmizin inkişafına böyük töhfə verirlər. Mədəniyyətlərimizin qarşılıqlı təsirini lazımınca qiymətləndirməmək olmaz. Bakıdakı Rus Dram Teatrının 90-dan çox yaşı var. Azərbaycanın hər bir vətəndaşı rus dilində təhsil almaq imkanına malikdir. Bizdə 300-dən çox məktəb bu cür imkanlar təqdim edir. Bakıda Moskva Dövlət Universitetinin fundamental filialı, Slavyan Universiteti fəaliyyət göstərir, bu ali məktəblərdə rusdilli müəllimlər hazırlanır. Bundan əlavə, Azərbaycandakı bütün dövlət ali məktəblərində rus dilində təhsil almaq olar. Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Xalqımız mədəni-humanitar və insani münasibətlər yolunu seçib.

 

Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev bu görüşdə 2015-ci ildə Azərbaycan Respublikasına səfər etməyə hazır olduğunu bildirib.

 

AzərTac.az