Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Horadiz şəhərində vətəndaşları qəbul edəcək
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 30-da saat 11.00-da Horadiz şəhərində vətəndaşları qəbulu edəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Muğam Mərkəzinin inzibati binasında keçiriləcək qəbulda Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Muğam Mərkəzinin inzibati binasında (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) 29 yanvar 2015-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]
Apa/az