Azərbaycanın ali məktəb məzunlarının məlumat bazası “Elektron hökumət” portalına birləşdirilib

Posted by

Azərbaycanın ali məktəb məzunlarının məlumat bazası "Elektron hökumət" portalına birləşdirilibAzərbaycanın ali məktəb məzunlarının məlumat bazası “Elektron hökumət” portalına birləşdirilib

Azərbaycanın ali məktəb məzunlarının məlumat bazası "Elektron hökumət" portalına birləşdirilib

Azərbaycanın ali məktəb məzunlarının məlumat bazası “Elektron hökumət” (e-gov.az) portalına birləşdirilib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Diplom barədə məlumatı nömrə və seriya, eləcə də şəxsiyyət vəziqəsinin nömrəsi ilə əldə etmək mümkündür. Fərdi eyniləşdirmə nömrəsi (FIN) və şəxsiyyət vəsiqəsinin nömrəsi portalda müəyyənləşdirilmədən keçmiş şəxslər üçün avtomatik olaraq əks olunur.

Daha əvvəllər formalaşdırılmış elektron məlumat bazası bilavasitə informasiyanın təhsil müəssisələrindən Təhsil Nazirliyinə birbaşa axını üçün şərait yaradıb.

Hazırda elektron xidmətlər portalının köməyi ilə Təhsil Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı üçə çatıb.

 

Trend/az