Azərbaycanla Qazaxıstan gömrük sahəsində 2015-2016-cı illər üçün qarşılıqlı fəaliyyət planını əks etdirən sənəd imzalayıb

Posted by

Azərbaycanla Qazaxıstan gömrük sahəsində 2015-2016-cı illər üçün qarşılıqlı fəaliyyət planını əks etdirən sənəd imzalayıbAzərbaycanla Qazaxıstan gömrük sahəsində 2015-2016-cı illər üçün qarşılıqlı fəaliyyət planını əks etdirən sənəd imzalayıb

Azərbaycanla Qazaxıstan gömrük sahəsində 2015-2016-cı illər üçün qarşılıqlı fəaliyyət planını əks etdirən sənəd imzalayıb

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanda səfərdə olan Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Daulet Yerqojinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

“APA-Economics”in məlumatına görə, görüşdə A.Əliyev Qazaxıstan və Azərbaycanın qardaş və tərəfdaş ölkələr kimi sürətli inkişaf yolu ilə irəlilədiklərini vurğulayıb, siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrdən söhbət açıb. DGK sədri ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük sferasında da qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və qazaxıstanlı həmkarının Azərbaycana səfərinin ikitərəfli münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

 

D.Yerqojiniki qardaş ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da genişlən­məsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Qonaq qeyd edib ki, Azərbaycan və Qazaxıstan gömrük xidmətləri ara­sın­da əməkdaşlıq yüksək səviyyədədir və yaxın perspek­tivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə ümid vardır.

 

Sonra qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda isə Azərbaycan Dövlət Gömrük Komitəsi və Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsi arasında 2015-2016-cı illər üçün ikitərəfli qarşılıqlı fəaliyyət planı imzalanıb.

 

Sənədi A.Əliyev və D.Yerqojin imzalayıb.

 

Görüş başa çatdıqdan sonra Qazaxıstan nümayəndə heyəti Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olub.

 

Apa.az