Azərbaycanla Koreya arasında əqli mülkiyyət sahəsində Anlaşma Memorandumu imzalanıb

Posted by

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Əqli Mülkiyyət Ofisi arasında Anlaşma Memorandumu imzalanıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə Azərbaycanda səfərdə olan Koreya tərəfdən İk Su Ceon və Seunq Kvan Lini qəbul edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov iki qurum arasında əməkdaşlığın yüksəldiyini və bundan öncə aparılan iş birliyinin nəticələrindən razılığını bildirib.

Görüşdə imzalanan Anlaşma Memorandumunun icrasının təmin olunması məqsədilə ölkəmizdə sənaye mülkiyyətinin müasir tələblər əsasında Koreya təcrübəsindən bəhrələnərək qurulması, bu istiqamətdə gələcək tədbirlərə dair geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 3 may 2011-ci il tarixində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında “Azərbaycanda əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılması” qrant razılaşması layihəsi üzrə Protokol imzalanıb. Adıçəkilən sənəd çərçivəsində müasir avtomatlaşdırma sistemi yaradılıb, sənaye mülkiyyəti hüquqlarının beynəlxalq tələblərə əsaslanan qaydada mühafizəsinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib.

Apa.az