Azərbaycanla CAR arasında enerji sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunub
Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov CAR-ın enerji naziri Dikobe Ben Martins ilə görüş keçirib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə CAR arasında enerji sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın enerji sahəsində təcrübəsini bölüşməyə hazır olduğunu deyən nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin ayırdığı qrantlar vasitəsilə CAR-ın üç enerji mütəxəssisin Azərbaycanda müxtəlif ixtisasartırma kurslarında iştirak etdiyini və gələcəkdə bu cür əməkdaşlığın genişləndirilə biləcəyini qeyd edib.
Dikobe Ben Martins CAR-ın Enerji Nazirliyinin nümayəndələrinin 2012-2013-cü illərdə Azərbaycanda olduqlarını və bir sıra məhsuldar görüşlər keçirdiklərini bildirərək, ölkələrimiz arasında enerji sahəsində əməkdalığın inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib.
Trend.az