Azərbaycan Prezidenti Bruney Darüssalamın Sultanını təbrik edib

Posted by

Azərbaycan Prezidenti Bruney Darüssalamın Sultanını təbrik edib

Azərbaycan Prezidenti Bruney Darüssalamın Sultanını təbrik edib

Azərbaycan Prezidenti Bruney Darüssalamın Sultanını təbrik edib

Prezident İlham Əliyev Bruney Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir:

“Əlahəzrət,

Bruney Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Bruney arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bruney Darüssalamın dost xalqına daim sülh və rifah diləyirəm”.

 

Trend.az