Azərbaycanla Avropa Birliyi arasında sənəd imzalanıb

Posted by

Azərbaycanla Avropa Birliyi arasında sənəd imzalanıb

Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu mətbuata bəyanatlarla çıxış ediblər

[thumb=left]http://www.azhumanrights.az/az/uploads/posts/2014-06/1402735139_60aa1d48512b631c174dfc57781df275.jpg[/thumb

Azərbaycanla Avropa Birliyi (AB) arasında Azərbaycan Respublikasının Birliyin proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən AB və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolu imzalanıb.

 

APA-nın məlumatına görə, sənədi iyunun 14-də Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, AB Şurasına hazırda sədrlik edən Yunanıstan adından bu ölkənin Azərbaycandakı səfiri Dimitrios Tsounqas və Azərbaycanın AB yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov imzalayıblar.

 

İmzalanmadan sonra prezident İ. Əliyev və Avropa Komissiyasının sədri J. M. Barrozu mətbuata bəyanatlarla çıxış ediblər.

 

Apa/az