Azərbaycanda yetim uşaqları himayəyə götürmüş ailələr stimullaşdırılacaq
Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqları himayəyə götürmüş ailələr stimullaşdırılacaq və onlara əlavə dövlət dəstəyi göstəriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.
Layihə görə, bununla bağlı maliyyələşmə mexanizminin yaradılması üzrə müvafiq təkliflər hazırlanacaq.
Layihəyə görə, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçiriləcək. Belə uşaqlara həm də pulsuz tibbi sığorta xidmətləri göstəriləcək.
Layihəyə görə, müəyyən yaşayış yeri olmayan çətin həyat şəraitində olan şəxslər üçün müvəqqəti sığınacaqlar yaradılacaq.
Trend.az