Azərbaycanda yeni Dövlət Miqrasiya Proqramı hazırlanacaq

Posted by

Azərbaycanda yeni Dövlət Miqrasiya Proqramı hazırlanacaqAzərbaycanda yeni Dövlət Miqrasiya Proqramı hazırlanacaq

Azərbaycanda yeni Dövlət Miqrasiya Proqramı hazırlanacaq

Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması məqsədilə 2015-2020-ci illəri əhatə edən Dövlət Miqrasiya Proqramı hazırlanacaq.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.

 

Yeni layihədə miqrantların Azərbaycan Respublikasının dövlət dilini öyrənməsi üzrə tədris proqramlarının, metodiki tövsiyələrin hazırlanması və tətbiqi də nəzərdə tutulur.

 

Nazirlikdən bildirilib ki, əhalinin sayının ümumi illik artımında təbii hərəkət prosesləri ilə müqayisədə miqrasiyanın daha az rol oynamasına baxmayaraq, doğum və ölüm prosesləri ilə yanaşı miqrasiya prosesləri ölkənin demoqrafik vəziyyətinə təsir edir. Son onilliklərdə müxtəlif amillərin təsiri altında ölkədə miqrasiya vəziyyəti bir sıra dəyişikliklərə məruz qalıb. 1990-cı illərin əvvəlində ölkədən miqrasiya axını öz intensivliyi ilə fərqlənirdi. Sonrakı illərdə ölkədə davamlı sosial-iqtisadi artım, regionların inkişafına, sahibkarlar üçün imkanların və yeni iş yerlərinin yaradılmasına, vətəndaşların sosial təminatının yaxşılaşdırılmasına və bütövlükdə əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş tədbirlər nəticəsində 2008-ci ildən başlayaraq miqrasiya saldosu müsbətə doğru dəyişərək 2013-cü ildə +2,3 min nəfər təşkil edib. Münbit sosial-iqtisadi şərait, siyasi sabitlik və tolerantlıq əcnəbi işçi qüvvəsinin artmasına səbəb olur. Bununla əlaqədar olaraq milli əmək bazarının inkişafını nəzərə almaqla ölkədə miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir.

 

Trend.az