Azərbaycanda təhsil alanların biliyinin attestasiyası, o cümlədən də yekun attestasiya qaydaları hazırlanıb

Posted by

Azərbaycanda təhsil alanların biliyinin attestasiyası, o cümlədən də yekun attestasiyası qaydaları işlənib hazırlanıb.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin “Facebook” səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, həmin qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Qeyd olunub ki, orta məktəbdə müəllim işləyən şəxslər iş yerini ixtisası üzrə dəyişdiyi halda ondan müəllimlik imtahanı verilməsi tələb olunmur.

Azərbaycan Müəllimlər İnstitutunun filiallarının bağlandığı halda akademik borclar olan fənlər üzrə dərslərin necə təşkil olunacağına da aydınlıq gətirib: “AMİ-nin Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarına 2014-2015-ci tədris ili üçün tələbə qəbulu planlaşdırılmayıb. Bu filiallarda hazırda təhsil alan tələbələr təhsilini sonadək davam etdirəcəklər. AMİ-nin tələbə qəbulu dayandırılmış filiallarında təhsil alan, alt qruplardan kəsri qalan tələbələr üçün həmin filiallarda akademik borclar olan fənlər üzrə dərslər təşkil olunacaq”.

Apa.az