Azərbaycanda İsrail vətəndaşlarına qarşı təxribatın qarşısı alınıb

Posted by

Azərbaycanda İsrail vətəndaşlarına qarşı təxribatın qarşısı alınıb

 

Azərbaycanda İsrail vətəndaşlarına qarşı təxribatın qarşısı alınıb

Azərbaycanda İsrail vətəndaşlarına qarşı təxribatın qarşısı alınıb

 

Azərbaycanda İsrail vətəndaşlarına qarşı təxribatın qarşısı alınıb.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilib.

 

Hesabatda qeyd olunur ki, Azərbaycanda yaşayan İsrail vətəndaşlarının müəyyənləşdirilməsi, həmin dövlətin respublikamızdakı diplomatik nümayəndəliyinin əməkdaşları barədə məlumatların toplanılması, Azərbaycanın mobil telefon operatorlarının, həmçinin Dövlət Yol Polisinin məlumat bazalarının əldə edilməsi, eləcə də, maraq dairəsinə düşmüş şəxslərin izlənilməsi, onların video və fotoçəkilişlərinin aparılması üzrə İran xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirən 2 Azərbaycan vətəndaşı ifşa olunaraq yaxalanıb.

 

Azərbaycanın 2 vətəndaşın isə İran xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmalarına şərait yaratmaqla yanaşı, qeyri-qanuni yollarla Azərbaycan ərazisinə silah-sursat keçirmiş 1 İran vətəndaşı da cinayət məsuliyyətinə cəlb edilib.

 

Törədilmiş hərbi cinayətlərə görə 1 hərbi qulluqçu məhkum olunub.

 

Apa.az