Azərbaycanda son 8 ildə piratçılığın səviyyəsi kitab nəşri sahəsində yarıdan çox azalıb

Posted by

Azərbaycanda son 8 ildə piratçılığın səviyyəsi kitab nəşri sahəsində yarıdan çox azalıb

Azərbaycanda 2013-cü ildə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 61%-dən 30%-ə, audio-video məhsulları bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə qədər aşağı düşüb. Bu barədə Trend-ə Müəllif Hüquqları Agentliyindən məlumat verilib.

 

Məlumata görə, agentlikdə açılmış 960 nömrəli “Qaynar xətt”ə hesabat dövründə 700-ə yaxın müraciət daxil olub, ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”na 500-dən çox vətəndaş müraciət edib, müraciətlərə operativ qaydada baxılması təmin edilib, dövlət və məhkəmə orqanlarının sorğuları əsasında 9 ekspert rəyi hazırlanıb.

 

Agentlikdə müəllif-hüquq obyektlərinin nüsxələrinə yapışdırılan nəzarət markalarının fərdiləşdirilməsi üzrə elektron sistem yaradılıb, nəzarət markası yapışdırılan nüsxələrin Smart tipli mobil telefon vasitəsi ilə orijinallığını müəyyən edən “Track & Trace” sistemi quraşdırılıb.

 

Artıq Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində monitorinq, lisenziyalaşdırma və rəqəmli hüquqların idarəçiliyi sisteminin yaradılması üzrə işlər tamamlanma mərhələsinə çatdırılıb, interaktiv Tədris Mərkəzi fəaliyyətə

başlayıb.