Azərbaycanda süni balıqartırma tarixində yenilik olub

Posted by

Azərbaycanda süni balıqartırma tarixində yenilik olub

Azərbaycanda süni balıqartırma tarixində yenilik olub

Azərbaycanda süni balıqartırma tarixində yenilik olub

2013-cü ilin yaz-yay balıqartırma mövsümündə Xıllı nərə balıqartırma zavodunda Azərbaycanda süni balıqartırma tarixində ilk dəfə olaraq, kürüdən kürüyə prinsipi tətbiqi edilib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, zavodda saxlanılan və təmir-törədici fondunun tərkibinə daxil edilən törədici balıqlardan cinsi məhsullar alınıb. Bu təşəbbüs mövcud infrastrukturun təkmilləşdirilməsi yolu ilə gələcəkdə digər nərə balıqartırma zavodlarında balıqların əmtəə yetişdiriciliyinə böyük dəstək verəcək.

Ötən il ərzində su hövzələrində bioloji resursların artırılması və mühafizəsi istiqamətində tədbirlər həyata keçirilib. Balıqartırma zovodları tərəfindən 380,7 milyon ədəd müxtəlif növ vətəgə əhəmiyyətli (o cümlədən 4 milyon ədəd nərəcinsli, 166,2 min ədəd qızılbalıq) və 371 milyon ədəd çəkikimilər balıq körpələri artırılaraq Xəzər dənizinə və digər su hövzələrinə buraxılıb.

 

Trend.az