Azərbaycanda seçkiqabağı təşviqat materialları üçün lövhələr yerləşdirilib
Azərbaycanda seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün yerlər müəyyənləşdirilib.
MSK-dan Trend-ə verilən məlumata görə, seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər hər bir seçki məntəqəsinin ərazisində yaradılıb.
Qeyd edək ki, lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin ayrılmasını dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları həyata keçirir.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.