Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının iclasında çıxış edib

Posted by

Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının iclasında çıxış edib

Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının iclasında çıxış edibAzərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının iclasında çıxış edib

Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasında çıxış edib. APA-nın xəbərinə görə, V. Əliyev bildirib ki, daxili sabitlik, yüksək iqtisadi inkişaf templəri, uğurlu sosial siyasət və əhalinin rifah halının yaxşılaşması nəticəsində Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin təşkili üçün əlverişli platformaya çevrilib və MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclası da bunu təsdiqləyir.

Prezident köməkçisi deyib ki, hazırda qloballaşma və müxtəlif ölkələrin dünya birliyinə inteqrasiyası ilə əlaqədar dövlət sərhədlərinin effektiv mühafizəsi beynəlxalq təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən biridir: “Beynəlxalq terrorçuluq, separatçılıq, transsərhəd mütəşəkkil cinayətkarlıq, qeyri-leqal miqrasiya, narkotik və kütləvi qırğın silahları komponentlərin qaçaqmalçılığı kimi tipik və bir çox hallarda faciəvi problemlərlə bu iclasın iştirakçısı olan ölkələr də – bəziləri az, bəziləri çox – qarşılaşır. Bizim ölkəmizdə də təməlində separatçılıq dayanan problem var və biz bu problemlə yaşayırıq. Dünyanın darısqal, şəffaf olduğu indiki dövrdə biz hamımız anlayırıq ki, sərhədlərimiz bilavasitə öz ərazimizdən başlayır. Bizim sərhədlərimizi mühafizə edən insanlar sizin sərhədlərinizi də mühafizə etmiş olur. Səhv etmək haqqımız get-gedə azalır, məsuliyyət isə getdikcə artır. Bu fonda sərhədlərin qorunmasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti daha böyük önəm kəsb etməyə başlayır. Sözsüz ki, sərhəd təhlükəsizliyinin təmin olunması dövlət təhlükəsizliyi sisteminin prioritet istiqamətlərindən biridir və regionda sabitliyin təminatı kimi çıxış edir. Hazırda dövlət sərhədlərində təhlükələrin xarakteri və spesifikliyi, eləcə də sərhədçilər qarşısında qoyulan vəzifələr dövlətlərimiz arasında sərhəd təhlükəsizliyinin təmin olunmasına yeni yanaşmalar tələb edir”.

V. Əliyev qeyd edib ki, Azərbaycanın demokratik dövlət kimi inkişafı, ölkə daxilində sosial-siyasi sabitliyin yaranması, beynəlxalq əməkdaşlığın genişlənməsi, eləcə də nəqliyyat dəhlizlərinin, ixrac boru kəmərlərinin, Xəzərdəki neft yataqlarının təhlükəsizliyinin təmin olunması sərhəd xidmətlərində köklü dəyişiklikləri zərurətə çevirdi və bunun məntiqi nəticəsi olaraq yeni struktur kimi Azərbaycan Dövlət Sərhəd Xidməti yaradıldı: “Ölkə rəhbərliyi sərhəd təhlükəsizliyinin möhkəmlənməsinə yönəlmiş tədbirlərə, sərhəd idarəsinin inteqrasiya sistemlərinə, sərhəd nəzarətində yeni norma və metodlarının tətbiqinə hərtərəfli dəstək verir. Təkcə son 10 ildə dövlət başçısı Sərhəd Xidmətinin müxtəlif dəstələrinə 19 dəfə baş çəkərək dövlət sərhədlərinin mühafizəsindəki vəziyyətlə şəxsən tanış olub. 2005-ci ildən bəri sərhəd xidmətinin büdcəsi 7 dəfə artıb. Müasir sərhəd infrastrukturunun yaradılması üçün böyük işlər görülüb, maddi-texniki baza yaxşılaşıb, 1200 mənzil, olimpiya idman mərkəzi, istirahət evi tikilərək istifadəyə verilib. Havadan nəzarət və Xəzərdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi üçün 2005-ci ildə sərhəd mühafizə dəstələri formalaşdırılıb. Dövlət başçısının fərmanı ilə Dövlət Sərhəd Xidməti Akademiyası da yaradılıb”.