Azərbaycanda sahibkarların ödədiyi cərimələrin 25 faizi işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək

Posted by

Azərbaycanda sahibkarların ödədiyi cərimələrin 25 faizi işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək

Azərbaycanda sahibkarların ödədiyi cərimələrin 25 faizi işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək

Azərbaycanda sahibkarların ödədiyi cərimələrin 25 faizi işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək

Azərbaycanda əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərdən toplanan cərimələrin 25 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf ediləcək.

 

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim edilmiş “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsi haqqında” qanun layihələrində öz əksini tapıb.

 

Qanunvericiliyə edilən dəyişikliyə əsasən, işəgötürənlərdən toplanan cərimələrin 25 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. Bu vəsaitin istifadə qaydası isə müvafiq orqan tərəfindən müəyyən ediləcək.

 

“Məşğulluq haqqında” qanuna edilən dəyişiklikdə hansı hallara görə tətbiq ediləcək cərimələrin toplanaraq sözügedən məqsəd üçün istifadə ediləcəyi də dəqiqləşdirilib.

 

Bu layihəyə görə, işçilərin ixtisarı barədə müvafiq icra hakimiyyəti orqanına azı 2 ay əvvəlcədən, vakansiya barədə ən geci 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməyən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının göndərişi, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməyən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlərin cərimələnməsindən toplanan vəsaitlərin 25 faizi qeyd edilən məsələlərə sərf ediləcək.

 

Qanunvericiliyə dəyişikliyin edilməsində məqsəd müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddı-texniki bazasının yaxşılaşdırılmasıdır.

 

“Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun” və “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun” layihələrinin Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

Trend.az