Azərbaycanda həm ali, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər üçün qəbul qaydaları dəyişdirilir

Posted by

Azərbaycanda həm ali, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər üçün qəbul qaydaları dəyişdirilirAzərbaycanda həm ali, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər üçün qəbul qaydaları dəyişdirilir

Azərbaycanda həm ali, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər üçün qəbul qaydaları dəyişdirilir

Azərbaycanda həm ali, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər üçün qəbul qaydaları dəyişdirilib.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 2015-ci ildən 11 illik bazada kolleclərə qəbul olmaq istəyən və orta məktəbi 2015-ci ildə bitirən abituriyentlər buraxılış imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edə bilərlər. Orta məktəbi əvvəlki illərdə bitirən və yalnız kolleclərin müsabiqəsində iştirak etmək istəyən şəxslər də eksternat qaydada buraxılış imtahanında iştirak edə və buraxılış imtahanının nəticələrinə əsasən kolleclərin müsabiqəsində iştirak edə bilərlər. Ancaq həm ali təhsil müəssisələrinin, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı ərizə verib müvafiq ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak etməlidirlər. Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunduqdan sonra həmin abituriyentlər kolleclərin müsabiqəsində iştirak edə bilərlər.

 

Qeyd edək ki, bu haqda daha ətraflı məlumat 1 saylı “Abituriyent” jurnalında təqdim olunacaq. Jurnalın gələn ilin əvvəlləri nəşr olunması nəzərdə tutulur.

 

Trend.az