Azərbaycanda QİÇS-lə bağlı sərbəst müayinəyə qoyulan yaş həddi qadağasının 16-ya endirilməsi təklif olunur

Posted by

Azərbaycanda QİÇS-lə bağlı sərbəst müayinəyə qoyulan yaş həddi qadağasının 16-ya endirilməsi təklif olunurAzərbaycanda QİÇS-lə bağlı sərbəst müayinəyə qoyulan yaş həddi qadağasının 16-ya endirilməsi təklif olunur

Azərbaycanda QİÇS-lə bağlı sərbəst müayinəyə qoyulan yaş həddi qadağasının 16-ya endirilməsi təklif olunur

Milli Məclisin Sosial siyasət komitəsinin iclasında “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanuna yeni təklif ətrafında qeyri-hökumət təşkilatlarının iştirakı ilə dinləmələr keçirilib. APA-ın məlumatına görə, toplantıda Milli Məclisin sədr müavini Bahar Muradova, gənclər və idman nazirinin müavini İntiqam Babayev, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze və digər rəsmi şəxslər iştirak edib.

 

Yeni təklifə əsasən Azərbaycanda yetkinlik yaşına (18 yaş) çatmayan şəxslərə valideynlər və ya hüquqi qəyyumların iştirakı olmadan İİV/QİÇS üzrə tibbi müayinədən keçməyə qadağa qoyulması ilə bağlı yaş həddi 18-dən 16-ya endirilməlidir. Bildirilib ki, ümumilikdə qanun üzərində monitorinq iki il davam edib və nəticədə qərara gəlinib ki, sənəd model qanundur və yüksək səviyyədə hazırlanıb. Ona görə də, qanuna hər hansı ciddi dəyişikliyin edilməsi nəzərdə tutulmasa da, sadəcə, bir maddəyə dəyişiklik edilməsi planlaşdırılıb ki, bu da qanunda qeyd olunan məsələ ilə bağlı yaş həddinin 16-ya endirilməsi və valideynlərin razılığı olmadan gənclərin HİV/QİÇS-lə bağlı məsləhətləşmə testindən keçməsidir. Bu, onunla izah olunur ki, 16 yaşına çatmış gənclər kifayət qədər yetkin şəxslər olduğundan onlar maneəsiz müstəqil testdən keçə bilərlər. Testin nəticələri də birbaşa onlara təqdim olunacaq və onlar üzərlərinə müəyyən öhdəliklər götürəcək.

 

Çıxış edən komitə sədri Hadı Rəcəbli təklifi vacib sayıb və bu qadağanın yaş həddi etibarı ilə aşağı endirilməsinin günün tələbi olduğunu bildirib. Komitə sədri onu da deyib ki, bu qanunun özü 2010-cu il iyunun 18-də Avstriyanın paytaxtı Vyana şəhərində 25 min insanın qatıldığı böyük bir tədbirin müzakirəsinə çıxarılıb və model qanun kimi bəyənilib.

 

B. Muradova isə deyib ki, bu, QİÇS-ə qarşı mübarizənin təkmilləşdirilməsi deməkdir və xəstəliyə qarşı mübarizə hamılıqla aparılmalıdır.

 

Digər çıxış edən qonaqlar da təklifi dəstəkləyərək texniki təkliflər səsləndiriblər.

 

Apa.az