Azərbaycanda QHT-lərin qrant müsabiqəsinin şərtlərinə dəyişiklik edilir

Posted by

Azərbaycanda QHT-lərin qrant müsabiqəsinin şərtlərinə dəyişiklik edilir

Azərbaycanda QHT-lərin qrant müsabiqəsinin şərtlərinə dəyişiklik edilirAzərbaycanda QHT-lərin qrant müsabiqəsinin şərtlərinə dəyişiklik edilir

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev növbəti ilin maliyyə müsabiqəsi şərtlərinin müzakirəsinə həsr olunmuş toplantı keçirib.

Trend-in məlumatına görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov maliyyə müsabiqəsinin şərtləri haqqında məlumat verərək layihələrin qəbulu zamanı ortaya çıxan problemlərdən bəhs edib.

F.Qurbanov bəzi hallarda layihəni tədim edən təşkilatların sədrinin müəyyən olunmasında çətinliklərin meydana çıxdığını və bundan sonra hər maliyyə müsabiqəsi ili üçün reyestrdən çıxarışın tələb olunmasının vacibliyini bildirib.

O, QHT-lərin Maliyyə Nazirliyinə illik hesabatlarının verilməsində də problemlərin olduğunu və bu istiqamətdə bir sıra addımların atılmasının zəruriliyini qeyd edib.

Toplantıda QHT-lərin sosial şəbəkələrdə fəallıq səviyyəsi də müzakirə edilib. Şura sədri hazırkı dövrdə sosial medianın vətəndaşların informasiya təminatında mühüm rol oynadığını vurğulayıb. A.Quliyev növbəti ilin maliyyə müsabiqəsində QHT-lərin sosial şəbəkələrdən daha səmərəli istifadə etməsi və burada vətəndaş cəmiyyəti institutlarının fəallığının artırılması məqsədi ilə qrant müsabiqəsinin elan olunmasının zəruri olduğunu qeyd edib.

Şura sədri növbəti il elan ediləcək maliyyə müsabiqəsində iştirak etmək istəyən QHT-lərdən daha iki sənədin – Maliyyə Nazirliyinə illik maliyyə hesabatının təqdim edilməsi barədə arayışın və Ədliyyə Nazirliyindən reyestrdən çıxarışın tələb olunması barədə məsələnin Şuranın növbəti iclasının gündəliyinə daxil ediləcəyini bildirib.